“Arka Sokaklar” davam edəcək? – “Hüsnü” DANIŞDI

MƏDƏNİYYƏT
09:58 / 05.06.2026
131

Türkiyənin əfsanəvi serialı “Arka Sokaklar”ın yeni mövsümdə davam edib-etməyəcəyi hələ də bəlli deyil.

Hit.az xəbər verir ki, mövsüm finalı edəcək layihənin sentyabrda 21-ci mövsümə başlama ehtimalının olduğu da deyilir.

Lakin yayımlanacaq bölümün final kimi qəbul ediləcəyini deyənlərin də sayı az deyil. Bütün bunların fonunda “Arka Sokaklar”da “Hüsnü” obrazına həyat verən məşhur aktyor Özgür Ozan səssizliyini pozub.

O, serialın davam etməmə ehtimalının olduğunu açıqlayıb:
“Bəli, “Arka Sokaklar”ın sentyabr ayında davam etməmə ehtimalı var. 20 ildir davam edən seriala bir şans daha vermələri lazım idi”.

Aslan 
 

0