Azər Məmmədov "Səbail"ə qayıtdı

İDMAN
16:53 / 04.01.2024
480

"Kəpəz"dən ayrılan Azər Məmmədov "Səbail"də çalışacaq.

HİT.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azər Məmmədov baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.

Mütəxəssis daha əvvəl 2022-ci ildən 2023-cü yayına kimi "Səbail"də məşqçi kimi çalışıb.

Qeyd edək ki, Azər Məmmədov ötən ilin noyabrında 7:1 hesabı ilə "Qarabağ"a məğlub olduqdan sonra "Kəpəz"dən ayrılıb.

0