“Neftçi” PFK-nın yeni məşqçilər heyəti müəyyənləşdi

İDMAN
16:28 / 05.01.2024
501

“Neftçi”nin yeni məşqçilər heyəti müəyyənləşib.

Paytaxt təmsilçisindən HİT.az-a verilən məlumata görə, monteneqrolu baş məşqçi Miodraq Bojoviçin 5 köməkçisi olacaq.

Bunlar Saşa Petroviç, Sənan Qurbanov, Deyan Mrvalyeviç, fiziki hazırlıq üzrə mütəxəssis Deyan İliç və qapçılar üzrə məşqçi Emil Babayevdir.

Qeyd edək ki, "Neftçi" dekabrın 24-də Miodraq Bojoviçlə 1,5 illik müqavilə bağlayıb.

0