Kolbasadan zəhərlənmə halları niyə artır?

17:50 / 11.01.2024
270

Binə qəsəbəsində bir ailə qidadan zəhərlənib. Ailənin kolbasadan zəhərləndiyi deyilir. 

Mövzu ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a bildirib ki, insanlar, istehlakçılar diqqətlə kolbasların etiket məlumatlarını oxusunlar və orada şübhəli bir məqam görərlərsə, bu zaman maldan şübhələnə bilərlər. Ümumiyyətlə, xaricdən gələn kolbasalar, sosiska məmulatlarında etiket məlumatları Azərbaycan dilində deyilsə, belə məmulatdan imtina etsinlər:

"Xüsusən Rusiyadan, Ukraynadan və digər ölkələrdən gələn kolbasalarda ehtiyatlı olsunlar. Ən çox təhlükəli kolbasalar onlardır. Çünki onlar uzaq yol gəlmək üçün çoxlu kimyalaşırlar. Baxmayaraq ki, sanki dadları yaxşıdır. Hər halda bütün hallarda yerli mallara üstünlük versinlər, yəni istehlakçı etiket məlumatından qaynaqlana bilər. Üstəlik hansı malın buraxılma tarixində yararlıq müddəti arasındakı məsafə azdırsa, o mala üstünlük versinlər. Əgər alıcılar kolbasada problem hiss edərlərsə, mütləq 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.

Ekspert əlavə edib ki, üzərində “halal” yazılmasına baxmayaraq tərkibində donuz əti aşkarlanan məhsulları bazara çıxarmaq qətiyyən yolverilməzdir:

“Ümumiyyətlə, halal sertifikatı ilə bağlı illərdir problemlər yaşanır. İstehlakçıların aldadılması prosesi baş verir. Ona görə də, aidiyyəti qurumların bu kimi reydlər keçirməsini yüksək qiymətləndirirəm. Qeyri-qanuni kolbasa istehsal edən bunlara nəzarət etmək çətindir. Hesab edirəm ki, bu məsələdə ictimai nəzarət güclü olmalı, əhali belə sexlər barədə AQTA-ya məlumat verməlidir”.

Sevinc

0