Bəhram Bağırzadə xəstəxanadan FOTO paylaşdı

ÖLKƏ
10:07 / 18.07.2020
1338

Uzun müddətdir koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadə instaqramda paylaşım edib. 

Məşhur aktyor xəstəxanadan foto yerləşdirərək ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Hələ ki, çəkə bildiyim bu qədər oldu”.

Qeyd edək ki, Əməkdar artist sosial şəbəkədəki sonuncu postu 12 iyun tarixində yerləşdirilmişdi. 

Xatırladaq ki, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən aktyorun ağciyər toxumasının 90%-dən çox zədələndiyi bildirilmişdi.  

0
Qafqazinfo.az