Muğam Festivalı: Şuşada möhtəşəm tədbirlər, Bakıda final...

10:37 / 24.06.2023
667

İyunun 25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı öz işini yekunlaşdıracaq.

Bu barədə HİT.az-a Xalq artisti Mənsum İbrahimov məlumat verib. Xanəndə tədbirin Heydər Əliyev Mərkəzində baş tutacağını qeyd edib.

Mənsum İbrahimov bildirib ki, VI Beynəlxalq Muğam Festivalı çərçivəsində Şuşada möhtəşəm tədbirlər keçirilib:

“Şuşada bir neçə məkanlarda konsert proqramları keçirilib. Muğam ifaçılarının əksəriyyəti həmin tədbirə qatılmışdı. Bundan əlavə elmi konfranslar da keçirildi. Xaricdən çoxlu sayda qonaqlar gəlmişdi”.

Azra

0