Elza Seyidcahan: "Anar müəllim zəng vurub, məni təbrik etdi"

MƏDƏNİYYƏT
18:29 / 04.07.2023
639

"Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müəllim iyunun 25-də zəng vurub, məni təbrik etdi". 

Bunu Hit.az-a Əməkdar artist Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışarkən deyib. Bəstəkar Anarın zəngindən sonra duyğulandığını bildirib:
 
“Bütün sosial şəbəkələr məndən danışır, zənglər gəlir, istəyirəm vaxt tapan kimi onlara bir şeir yazım. Ayın 7-də ad günümdür, tədbirlərə dəvət alıram, vaxtım yoxdur ki, insanlara cavab verəm. Mənim üçün böyük sevincdir, duyğulanıram, dahi şairlərin ayağı dəyən yerdə mənə Çingiz Abdullayev vəsiqə təqdim edib. Hətta hikmətli tövsiyyələri, xeyir-duası ilə məni birliyə üzv qəbul edib. Deyib “Səməd Vurğunun oturduğu otaqda vəsiqəni sizə təqdim edirəm”. Bu görüşü heç vaxt unutmayacam. Mənim şeirlərimdən çox istifadə edirlər, yozurlar. Heç bir zaman ruhdan düşmürəm".

Bəstəkar onun birliyə üzv olması üçün millət vəkili Nizami Cəfərovun rəy verdiyini vurğulayıb:

“Doğum günü ərəfəsində Yazıçılar Birliyinin üzvlük vəsiqəsinin mənə təqdim olunması Allahın hədiyyəsidir".

Azra

0