“Leyli və Məcnun” Şuşada nümayiş olunacaq

18:03 / 28.08.2023
807

18 sentyabr - Milli Musiqi günü Şuşada qeyd olunacaq.

Bu barədə Hit.az-a Opera və Balet Teatrından məlumat verilib.

Teatrdan verilən məlumata görə, tədbirdə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.

Dövlət səviyyəsində təşkil olunacaq tədbirdə xarici rəsmi şəxslərin də iştirak edəcəyi gözlənilir. 

Tamaşada “Leyli” rolunda Əməkdar artist Arzu Əliyeva, “Məcnun” rolunda isə Xalq artisti Mənsum İbrahimov oyanayacaq.

Azra

0