Paşinyanın daha bir gizli planı: Referendum

12:31 / 05.12.2020
3390

Ermənistanın Baş naziri Nikol Paşinyan referendum keçirmək istəyir. 

Paşinyan hakim “Mənim Addımım” fraksiyasının deputatları ilə görüşərkən siyasi böhrandan çıxış yolu kimi Baş nazirə etimad referendumu keçirməyi təklif edib.

“Hrapark” qəzeti yazır ki, deputatlar Paşinyanın təklifinə o qədər də isti yanaşmayıblar. Onlar referendumun əks nəticə verəcəyindən ehtiyatlanıblar və Baş nazirə növbədənkənar parlament seçkilərinin keçirilməsinin daha məqsədəuyğun olduğunu bildiriblər.  

Qəzet yazır: “Nikol Paşinyan başa düşür ki, daxili siyasi gərginlik çox davam edə bilməz. O “Mənim Addımım” fraksiyasının deputatları ilə görüşərkən əhval-ruhiyyəni öyrənməklə yanaşı etimad referendumunun keçirilməsini müzakirə edib. Referendumda cəmiyyətdə qarşıdurmanın qarşısını almaq üçün Baş nazirə etimad məsələsi qoyulacaq. Amma hətta Paşinyanın tərəfdarları da hesab edir ki, referendum uğursuzluqla nəticələnə bilər. Onlar bunun əvəzinə növbədənkənar seçkilərin keçirilməsini təklif edirlər. Amma Paşinyan bu məsələ ilə bağlı hələ ki, qərar verə bilmir”.

1
Yenisabah.az