Sarkisyan Azərbaycanla sərhədin demarkasiyası üçün Putindən kömək istədi

SİYASƏT
20:04 / 08.12.2020
1260

İrəvan Rusiya Prezidenti Vladimir Putindən Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası prosesini dəstəkləməsini istəyib.

RBK-nın məlumatına görə, müvafiq məktubla Rusiya liderinə erməni həmkarı Armen Sarkisyan müraciət edib.

Ermənistan prezidenti demarkasiya ilə bağlı tərəflər arasında yeni mübahisələrin yaranması baxımından potensial təhlükə olduğunu bildirib. (oxu.az)

4