Ermənistan 5-ci nəsil silahlara qarşı müharibədə məğlub oldu - Tonoyan

SİYASƏT
18:50 / 25.01.2021
832

Ermənistanın II Qarabağ müharibəsində məğlub olmasının səbəblərindən biri də ordunun beşinci nəsil silahların tətbiqilə aparılan “təmassız” müharibəyə hazır olmaması idi. 

HİT.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan “Mediamax” a verdiyi müsahibədə deyib.

"Beşinci nəsil silahların tətbiqi ilə aparılan "təmassız" müharibəyə hazırlıqlı ola bilmədik. Əminəm ki, başqa alternativimiz olmadığından biz bu formatda döyüşməli olduq", - keçmiş nazir deyib.

0