Rusiya XİN Qarabağla bağlı üçtərəfli görüş barədə məlumat yayıb

SİYASƏT
19:17 / 27.01.2021
711

Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun iclası yaxın vaxtlarda keçirilə bilər.

HİT.Az-ın verdiyi xəbərə görə, bəyanatı bu gün Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, idarələrarası formatda Azərbaycan və Ermənistan tərəfi ilə üçtərəfli işçi qrupunun ilk iclasının yaxın vaxtlarda keçirilməsi üçün hazırlıq işləri aparılır.

Qeyd olunub ki, Dağlıq Qarabağ nizamlanma prosesinin qərəzsiz və məsuliyyətli şəkildə həlli Rusiyanın Cənubi Qafqazda xarici siyasətinin prioritet istiqamətlərindən olub və qalmaqdadır.  

Xatırladaq ki, ötən gün Rusiyanın RBK agentliyi Azərbaycan, RF və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünün bu gün Moskvada keçiriləcəyi barədə məlumat yayıb.

0