Rusiya ABŞ-a etiraz notası verdi - Moskvadan Vaşinqtona sərt xəbərdarlıq

SİYASƏT
23:30 / 27.01.2021
1606

ABŞ səfirliyinin Rusiyadakı nümayəndəsinə ölkədə keçirilmiş Navalnıya dəstək etiraz aksiyaları ilə bağlı güya “feyk” məlumatlar yaydığına görə etiraz notası verib.

HİT.Az xəbər verir ki, bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi saytında deyilir.

"Amerikanın rəqəmsal platformaları tərəfindən tirajlanan, o cümlədən, ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən də mərkəzlədirilmiş şəkildə çox sürətlə yayılan Rusiya haqqında həqiqəti əks etdirməyən "feyk" məlumatları xüsusi olaraq qeyd edirik və buna etirazımızı bildiririk. 27 yanvar 2021-ci il tarixində Rusiya XİN-ə çağırılan ABŞ səfirliyinin nüməyəndəsinə etiraz notası verilərək sərt xəbərdarlıq edilib. Bunun qarşılığında RF cavab tədbirlər görmək hüququna malik olduğunu xatırladaraq ciddi xəbərdarlıq edib" - sənəddə deyilir.

Qeyd edək ki, bir müddət öncə müxalifət lideri Navalnının həbsinə etiraz olaraq paytaxt Moskva da daxil olmaqla Rusiyanın müxtəlif bölgələrində hakimiyyətlə razılaşdırılmamış etiraz aksiyaları keçirilib. Rəsmi Moskva ABŞ səfirliyini etirazçıları dəstəkləməkdə və aksiya iştirakçılarını ixtişaşlara çağırmaqda günahlandırır. 

5