"Yerevandan  konstruktiv addımlar atacağını gözləyirik" - Çavuşoğlu

SİYASƏT
13:10 / 29.01.2021
562

“Cənubi Qafqazda vəziyyətin normallaşması region ölkələrinin xeyrinə olacaq”.

HİT.Az-ın Türkiyə KİV-inə istinadən verdiyi xəbərinə görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə mətbuat konfransında deyib.  

Çavuşoğlu bildirib ki, vəziyyətin normallaşması ən çox Ermənistana və əhalisinə faydalı olacaq.

“Dolayısıyla, rəsmi Yerevanın bu istiqamətdə konstruktiv addımlar atacağını gözləyirik”, - deyə Türkiyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

0