Ermənilərə Cəbrayıl və Füzulidə meyit axtarmağa İCAZƏ VERİLDİ

SİYASƏT
11:38 / 02.03.2021
770

Ermənistanın axtarış qruplarına işğaldan azad olunmuş torpaqlarda meyit axtarışına icazə verilib.

Ermənistan KİV-i xəbər verir ki, sonuncu dəfə belə axtarışlar fevralın 15-də aparılmışdı.

4 axtarış qrupunun Xocavənd rayonu, həmçinin, Füzuli və Cəbrayıl rayonları istiqamətində axtarışlar apardığı məlumdur.

Ermənistanın axtarış qrupları indiyə kimi Qarabağ ərazisindən 1485 cəsəd tapıb.

0
Modern.az