BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olundu

15:43 / 08.03.2021
693

Martın 7-dən başlayaraq Yaponiyanın Kyoto şəhərində BMT-nin Cinayətkarlığın Qarşısının alınması və Cinayət Ədliyyəsi üzrə 14-cü Konqresi davam edir.

HİT.Az-ın Report-a istinadən məlumatına görə, Konqres zamanı qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kyoto Bəyannaməsi qəbul olunub. Bu 5 illik proqram xarakterli mühüm sənəddə Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən bir sıra müddəalar əksini tapıb.

0