Ermənistan "DQR"ə ayırdığı 110 milyardı haradan tapıb?

SİYASƏT
17:09 / 26.03.2021
1130

"Ermənistana maliyyə yardımını ilk növbədə Rusiya edir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli Ermənistan dövlətinin qondarma "Dağlıq Qarabağ Respublikası"na infrastrukturun yenidən qurulması üçün 110 milyard dram ayrmasından danışarkən deyib. İqtisadçı alim vurğulayıb ki, silahlandırmaq və iqtisadiyyatına investisiya qoymaq baxımından Rusiya Federasiyası uzum müddətdir ki, Ermənistanın əsas sponsorudur:

"Xaricdə yaşayan ermənilər də müxtəlif kampaniyalar vasitəsi ilə Ermənistana yardım edir. Bundan əlavə, Ermənistan uzun müddət Azərbaycan ərazisində faydalı qazıntıları çıxardaraq, xarici ölkələrə satıb, gəlir əldə edib və onun da Ermənistan dövlət büdcəsinə kifayət qədər qatqıları olub. Burada əsas məsələ təqribən 355 milyon manatın indiki dövrdə, pandemiya şəraitində Ermənistanın özünün kifayət qədər vəsaitə ehtiyacı olduğu halda yenə də Dağlıq Qarabağda qurulmuş separatçı rejimə maddi dəstək verməyidir. Əslində əsas yaşayış məntəqəsi olan Xankəndiyə bizim ordu hücum etməyib və orada dağıntılar yoxdur". 

Nazim Bəydəmirli bildirib ki, Rusiyanın fədakarcasına infrastruktura və digər layihələrə, məskunlaşmaya vəsait xərcləməsi bizdə sullar doğurur:

"Bütün bunlar 3 tərəfli komissiyanın görüşlərində müzakirə olunmalıdır.  Komissiyada hansı məsələlər müzakirə oldunduğu, kommunikasiyaların açılması da daxil olmaqla, bunların maliyyələşmə mexanizmləri mövcuddur. Biz cəmiyyət olaraq erməni icmasının məskunlaşdığı yerlərdə erməni əsilli Azərbaycan vətəndaşlarını qəbul etdikdə, onların orada yaşamasında heç bir problem görmürük. Ancaq bu, adekvat olmalıdır. Buna görə də bizim çoxlu suallarımız var".

Qeyd edək ki, Ermənistan dövləti qondarma "Dağlıq Qarabağ Respublikası"na infrastrukturun yenidən qurulması üçün 110 milyard dram (354,125,859.12 azn) ayırdığını elan edib.

 

1