XİN-dən Kəlbəcərin azad olunmasının 1 illiyi münasibətilə paylaşım

10:52 / 25.11.2021
552

Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunmasının bir illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib.

“25 noyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Kəlbəcər rayonunda üçrəngli bayrağımızı ucaltdı”, - deyə paylaşımda qeyd edilib.

0