SİYASƏT
17:03 / 30.07.2022
238

Prezident iki ölkə ilə müqavilə və sazişləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişin təsdiqlənməsi ilə bağlı qanunu imzalayıb.

HİT.az xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” 2022-ci il mayın 18-də Bakı şəhərində imzalanmış sazişi təsdiqləyib.

Prezident “Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” sazişin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanunlarını da imzalayıb.

Bununla da “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış müqavilə təsdiqlənib.

Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-IIQ nömrəli qanunu ləğv edilib.

0