"Azərbaycan Ermənistanla münasibətlərdə vasitəçilərə ehtiyac  görmür" - Siyasi şərhçi

SİYASƏT
12:20 / 29.02.2024
287

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşü Azərbaycanın cənubi Qafqazda, iki dövlət arasında münasibətlərinin sülh və qarşılıqlı anlaşma yolu ilə həlli üçün bir cəhddir. Ermənistan da, onun havadarları da bunu sülh müqaviləsinin  bağlanması üçün onlara verilən şans kimi qiymətləndirməlidirlər”.

Bu açıqlamanı HİT.az-a siyasi şərhçi Mübariz Göyüşlü Berlin platformasının yaradılması  və iki ölkənin XİN rəhbərlərinin görüşü ilə bağlı verib.

“ Mən Berlin və ya hansısa platformaların varlığını xüsusi hadisə kimi qiymətləndirmirəm. Əgər Ermənistan özündə cəsarət taparsa, məsələni  öz aramızda həll edə bilərik. Azərbaycan tərəfi vasitəçilərə ehtiyac olmadığını bəyan edib. Bu münasibətləri tənzimləmək istəyənlər təşəbbüs göstərən tərəflərdir. Gələcəkdə bu təşəbbüsçü ölkələrə də ehtiyac olmayacaq, yenə deyirəm, Ermənistan cəsarət taparsa. Berlin platforması o zaman uğurlu alına bilər ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə və havadarlarının sifarişi ilə hərəkət edib , yeni təxribatlı planlara başlamaya. Lakin biz Ermənistanın  sülh müqaviləsi bağlamamaq üçün vaxt uzatmaq cəhdlərini görürük və ehtimal edirəm ki, o  Berlin platformasını da pocacaq.  Görüşün nəticəsi Ermənistanın səmimi davranışından çox asılı olacaq”,- deyə o bildirib.

Murad

0