"Təbrizdə Ermənistanın Baş Konsulluğunun açılması etirazlara səbəb olacaq" - Güneyli fəal

SİYASƏT
11:21 / 04.03.2024
300

"Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunun açılması üçün hazırlıqların davam etdirilməsi güney azərbaycanlıların etirazına səbəb olur". 

Bu sözləri Güney Azərbaycandan olan fəal Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, İran Azərbaycanın Qarabağ zəfərindən sonra bu addımı atmaqla öz aləmində "intiqam" almağa çalışır:

"Daha dəqiq desək, Tehran rejimi Cənubi Azərbaycandakı soydaşlarımızdan intiqam almağa çalışır. Bununla da onlara psixoloji təzyiq göstərmək istəyirlər. Çünki Təbirzdə Ermənistanın Baş Konsulluğunun açılması milli fəalları narahat edəcək. Ümumiyyətlə, belə bir addımın atılması çox ciddi məsələdir. Əgər xalq narahatdırsa sözügedən konsulluğu açmamaq lazımdır". 

345049

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Ermənistanın Baş Konsulluğunun Təbrizdə açılmasında məqsəd hansısa işlər görmək deyil:

"Burada yeganə məqsəd rəsmi İrəvana dəstək vermək və cənubi azərbaycanlılara təzyiq göstərməkdir. İran-Ermənistan əlaqələri hər zaman güneylilər və milli fəallar tərəfindən etirazla qarşılanıb. Cənubi azərbaycanlıların Tehran dövləti ilə əsas problemlərindən biri torpaqlarımız işğal altında olarkən Ermənistanla dostluq əlaqələrinin qurulması idi". 

Məhsa Mehdili Təbrizdə sözügedən Baş Konsulluğunun açılması problemləri daha da artıcacaq:

"Təbrizdə Ermənistanın Baş Konsulluğunun açılması narazılığa və zaman-zaman etirazlara səbəb olacaq. Bu, həm də İranla cənubi azərbaycanlılar arasındakı problemlərin artmasına gətirib çıxaracaq".

Pərviz

0