ABŞ və Aİ yalnz Ermənistanla işləməklə yeni təxribatın əsasını qoyur

SİYASƏT
17:51 / 28.03.2024
356

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb ki, Brüsseldə yüksək səviyyədə keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur.

Zaxarova qeyd edib ki, bu cür görüşlər Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa deyil, Qərbin olduqca destruktiv yanaşmaları ilə Cənubi Qafqazda daha da irəliləməsinə, orada yeni ayırıcı xətlərin yaradılmasına xidmət edir.

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən siyasi ekspert Mübariz Göyüşlü bildirib ki,  Ermənistan rəhbərliyi yanlış  siyasət yürütməkdə davam edir. 

“Ermənistanın üz tutmalı olduğu ünvan Brüssel deyil. Cənubi Qafqazın taleyi Avropanın mərkəzində deyil, elə Qafqazda həll olunmalıdır.  Ermənistanın üz tutmalı olduğu ölkə Azərbaycandır, Türkiyədir. ABŞ və Ai-nin bu cür davranışı onu göstərir ki, onlar regionda gərginliyin olmasında , öz maraqlarını təmin etməkdə maraqlıdır. Ermənistan özündən məzlum obraz yaratmağa çalışır, qarşı tərəflər də bu məzlumu “qorumaq”  məqsədi , daha doğrusu bəhanəsi güdürlər. Azərbaycan dəfələrlə Ermənistanın torpaqlarında gözü olmadığını bildirib. Ermənistanın bu cür görüşləri sönməkdə olan alovu gücləndirəcək. Avropa yalnız Ermənistanla və Ermənistan üzərindən işləməməli, Cənubi Qafqazın hər üç ölkəsi ilə işləməlidir. Bu əlaqələr hərbi əlaqələr olmamalı, iqtisadi yüksəlişə, rifaha, logistikanın inkişafına xidmət etməlidir. Pozucu yox, birləşdirici mövqe tutmalıdır”,- deyə o qeyd edib.

Murad

0