İlham Əliyev: Arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir

SİYASƏT
17:14 / 12.02.2025
47

Tərəfdaşlığımızın (Somali ilə - red.) mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir.

HİT.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.

0