Gənc qızların cehiz dərdi

SOSİAL
20:00 / 19.02.2024
590

Bu gün qızın ailə qurması üçün çəkilən xərc, oğlan evinin xərcindən heç də az başa gəlmir.

Oğlan evi, toyu qonaqların yazdırdıqları pul hesabına qismən qarşılasa da, qız evi borc-xərc hesabına pulu əşyaya çevirib, cehiz verir.

Bəziləri hətta illərlə ödəyəcəkləri borcun altına girirlər ki, qızları "yad evdə” başı uca olsun.  

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki , İndiki vaxtda ailənin dayanıqlığı üçün əsas cehiz deyil. Əsas bəy ilə gəlinin arasındakı münasibətlərdir, hörmətdir, sevgidir, onların üstünlük verdiyi dəyərlərdir: "Əvvəl valideynlər cehizi verirdi ki, gənclərin ailədə rahat yaşamasına şərait olsun, ora-bura qaçmasınlar. İndi ailə quranda rahatlıq gətirən əsas komponentlərin nə olduğuna diqqət yetirmək lazımdır. İndi qızın təhsili, xarakteri daha üstün olmalıdır. Təbii, valideynlər imkan daxilində gənclərə kömək etməlidirlər. Bu bir sosial dəstəkdir.Cehiz dəstək xarakteri daşımalıdır. Bir insanın bütün həyatını təmin etmək, yaxud yoxdursa, onun həyatını məhv etmək xarakteri daşımamalıdır. İnsanlara şərait yaratmaq lazımdır ki, həyatda stimul qazanmaq imkanları olsun, yeniliklər gətirsinlər. Əslində illər əvvəl də, indi də cehiz gənclərə dəstək məqsədi daşıyıb. Əvvəllər də ən azı yorğan-döşək, çarpayı, qab-qaşıq və s. verilib. Bu mənada ki, gənc ailə öz ehtiyaclarını ödəyə bilsin".

Sevinc

0