Ölmüş insanın adı yeni doğulan körpəyə qoyulması düzgündürmü?

SOSİAL
22:16 / 07.03.2024
516

Hər bir insan dünyaya gələn kimi ona ad qoyulur. 

Bəzən  ad hələ körpə ana bətnindəykən fikirləşilir və ya dünyaya gəldikdən sonra tapılır. 

Bəzən ad nənə, baba və ailədə vaxtından tez dünyasını dəyişən şəxsin adı yeni dünyaya gələn körpəyə qoyulur.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, dünyasını dəyişmiş nənə və babanın adının uşaqlara verilməsi düzgün deyil. Bu adlar nə qədər müsbət enerjili ad olsa da körpənin həyatına mənfi təsir edir:

“Həmçinin, belə bir deyim var ki, uşağın adı onun taleyinə də təsir edir. Bu məqamlara da diqqət edilməlidir. Ola bilər  ki, ailədə tez vəfat edən şəxs ya xəstlikdən ya da qəza zamanı həyatını itirib. Onun yaşadığı çətinliyi niyə körpə yaşamalıdır? Ailələr ad qoyarkən bu məsələyə xüsusi diqqət etməlidir. Uşaqlara ad qoyarkən hər detalı fikirləşmək lazımdır”.

Sevinc

0