Mənəvi təzminat nədir? - Hüquqşünas cavab verir

SOSİAL
20:54 / 14.06.2024
891

Hit.az redaksiyasına  müraciəti daxil olub.

İzləyizimiz Minayə Xəlilova yazıb ki, illər öncə ona iftira atıblar. Bu səbəblə ailəsində problemlər yaranıb və işini itirib. O buna görə mənəzi təzminat tələb edə bilərmi? Mənəvi təzminatın həcmi nə qədər olmalıdır?

Hit.az-ın sorğusunu cavablayan hüquqşünas Elvin Babayev bildirib ki,

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi və s. kimi örnəklərlə qeyd olunur".
 
“Mənəzi ziyan insan şüurunda mənfi psixi reaksiyalar yaradır, şəxsi həyata zərbə vurur. Bu da bir növ cinayət sayılır. Ona görə,mənəzi zərərə görə maddi təzminat, zərər qarşılığında bir qayda olaraq pul şəklində ödənir. 

Mənəzi zərər həm  fiziki, həm hüquqi şəxslərə vurula bilər. Fiziki şəxs mənəvi zərərə uğradıqda pul şəklində təzminat alır, hüquqi şəxs  isə yalnız ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.

Mənəvi zərərə uğramış şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, mənəvi zərərin təzminatının məbləğini və hansı formalarda ödənilməsini öz istəklərinə uyğun şəkildə mütləq iddia ərizəsində qeyd etməlidir. Yəni , zərərin həcmi zərərə uğramış şəxs tərəfindən müəyyən edilir, məhkəmə isə  doru qərar çıxarır”,- deyə hüquqşünas bildirib.

Murad

0