Evlənmə yaşı 16-20 olmalıdır, yoxsa…

SOSİAL
19:38 / 06.08.2024
487

Bu gün müzakirə olunan məsələlərdən biri də evlənmə yaşının 16-20 yaş olmasıdır.

Bəzi mütəxəssislər təklif edir ki, evlənmə yaşı 16-20 olmalıdır. Ancaq bu fikir hər kəs tərəfindən təqdir olunmur.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki,  dövlət rəsmi nikah yaşını 18 olaraq təyin edib: 

“Qadınlar üçün 22-24, kişilər üçün isə 26-28 yaş normal nikah yaşı sayılır. Ancaq bu o demək deyil ki, qızlar və oğlanlar məhz bu yaş aralığında nikaha daxil olmalıdır. Əgər bir insan maddi, fizioloji, psixoloji olaraq , nikaha hazır deyilsə, yaşından asılı olmayaraq, ailə qurmamalıdır. 22 yaşdan aşağı insanların evlənmələri məsləhət deyil. Çünki bu yaşa qədər olan insanların bir çoxunda məsuliyyət hissi tam mənasında formalaşmır. Bir insan məsuliyyət hissini özündə tam olaraq dərk etmirsə, bu, istənilən halda onun ailəsinə təsir edir. boşanmaların bir səbəbi də məhz məsuliyyətsizlikdir”.

Sevinc

0