Əcnəbilərlə evliliklərin artmasının ŞOK SƏBƏBLƏRİ

SOSİAL
10:41 / 27.04.2026
100

Son illərdə azərbaycanlıların xarici ölkə vətəndaşları ilə ailə qurması daha çox diqqətçəkən tendensiyaya çevrilib. 

Rəsmi statistikaya əsasən, 2025-ci ildə ölkədə ümumilikdə 48 546 nikah qeydə alınıb. Bu evliliklərdən 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici kişilər arasında, 1 127-si isə Azərbaycanlı kişilərlə xarici qadınlar arasında baş tutub. Bu rəqəmlər göstərir ki, beynəlxalq nikahların sayı tədricən artır. 

Bəs bu artımın arxasında hansı səbəblər dayanır? İnsanları xarici vətəndaşlarla ailə qurmağa sövq edən amillər nələrdir?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, beynəlxalq evliliklərin artmasını təkcə şəxsi seçimlərlə izah etmək olmaz, burada cəmiyyətin sosial və iqtisadi mənzərəsi də mühüm rol oynayır: 

397562

“Maddi sabitliyin zəif olduğu şəraitdə bir çox insan ailə qurmağa tələsmir, çünki gələcək məsuliyyətləri qarşılamaq imkanlarının məhdud olduğunu görür. Bu isə yerli nikahların azalmasına və alternativ seçimlərin ön plana çıxmasına səbəb olur. Eyni zamanda, daha rahat həyat axtarışı bəzi qadınları xarici vətəndaşlarla münasibət qurmağa yönəldir. Onlar üçün əsas meyar artıq təkcə hisslər deyil, həm də sosial təminat və həyat şəraitidir. Bu yanaşma cəmiyyətdə dəyərlər sisteminin müəyyən qədər dəyişdiyini göstərir”.

Ekspert qeyd edib ki, digər məqam isə miqrasiya ilə bağlıdır:

“Xaricdə yaşayan azərbaycanlılar gündəlik həyatlarını qurduqları mühitdə yeni tanışlıqlar əldə edir və zamanla bu münasibətlər ailə ilə nəticələnir. Bu cür evliliklər bəzən təbii şəkildə formalaşaraq möhkəm ailələr yaradır, bəzən isə daha çox praktiki maraqlara əsaslandığı üçün uzunömürlü olmur”.

Günel Cəlilova

0