Elm və təhsil naziri Emin Əmrullayev son açıqlaması ilə diqqət mərkəzinə düşüb.
O, sertifikasiyanın hər iki cəhdində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verildiyini deyib. Nazir ümumilikdə 91 407 müəllim sertifikatlaşdırma prosesində uğur qazandığını açıqlayıb.
Bəs sertifikasiya imtahanından keçə bilməyən 9334 müəllimin aqibəti necə olacaq?
Təhsil eksperti Əmrah Həsənli Hit.az-a açıqlamasında deyib ki, təhsil sahəsində həyata keçirilən qiymətləndirmə tədbirlərinin başlıca məqsədi müəllimlərin fəaliyyətini daha səmərəli təşkil etmək və məktəblərdə tədrisin nəticəyönümlü olmasına nail olmaqdır:

“Bu baxəmdan sertifikatlaşdırma müəllimlərin bilik və bacarıqlarının müəyyənləşdirilməsinə, eyni zamanda təhsil müəssisələrində ümumi keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edir. Bununla yanaşı, qiymətləndirmədə istənilən nəticəni əldə edə bilməyən müəllimlərin inkişafına xüsusi diqqət ayrılmalıdır.
Onlar üçün əlavə təlimlərin təşkili, metodiki dəstəyin gücləndirilməsi və peşə bacarıqlarını təkmilləşdirməyə imkan verən yenidən hazırlıq proqramlarının artırılması təhsil sisteminin daha dayanıqlı inkişafına mühüm töhfə verə bilər”.
Günel Cəlilova


