"Elektromobillərin əlçatan olması üçün bütün addımlar atılır" - Ekspert

AVTO
11:14 / 29.03.2024
990

"Hökumət elektrikli avtomobillərin ölkə vətəndaşlarına əlçatan olması üçün bütün imkanlardan istifadə edir". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hökumət elektromobillərin daha əlçatan olması üçün bununla bağlı bütün zəruri tədbirləri həyata keçirib:

346764

"İlk növbədə, hökumət elektrik mühərrikli avtomobillərdə əlavə dəyər vergisini (ƏDV) ləğv edib. Həmçinin, elektromobillər üçün gömrükdə də aksiz vergisi və rüsumlar yoxdur. Sadəcə çox cüzi miqdarda bəyannamə xərcləri və xidmət haqqı var. Hansı ki, daxili yanma mühərrikli avtomobillərdə on minlərlə manatlıq gömrük rüsumu, aksiz vergisi və ya ƏDV olurdu. Lakin hökumət bunların hamısını ləğv edib" 

Ekspert onu da diqqətə çatdırıb ki, elektrikli avtomobillərin akkumulyatorları və bateryalarının doldurulması üçün lazım olan avadanlıqlardan da vergi tutulmur:

"Bu da onların daha ucuz idxalı üçün atılan addımdır. Həmçinin, Prezident İlham Əliyev elektromobillərin bateryalarının doldurulması üçün stansiyaların quraşdırılması ilə bağlı zəruri tədbirlər planının həyata keçirilməsi ilə əlaqədar fərman verib. 

Əlbəttə ki, ondan sonra da insanlar üçün elektrikli avtomobillərin akkumulyatorlarını doldurmaq daha rahat olacaq. Hesab edirəm ki, hökumət bu istiqamətdə mümkün olan bütün addımları atıb". 

Pərviz

0