"Ford" ilk elektromobilini istehsal edib: Xüsusiyyətləri...

AVTO
12:08 / 05.12.2024
272

Türkiyənin nəhəng avtomobil şirkəti "Ford Otosan" ilk elektrikli avtomobilini istehsal edib.

Hit.az xəbər verir ki, Rumıniyada istehsal olunan yeni elektromobil "Puma Gen-E" adlanır.

Bu avtomobil gələn ilin aprel ayında Türkiyədə satışa çıxarılacaq. "Puma Gen-E" şəhər içərisində 523, şəhərdən kənarda isə 376 kilometr mənzil vəd edir. Modelin 10-dan 80 faizə qədər enerji yığması üçün də sadəcə 23 dəqiqə bəs edir. 

Onun 0-dan 100 kilometr sürətə çıxma sürəti üçün isə 8 saniyə kifayətdir. Avtomobilin qiyməti isə yaxın zamanda məlum olacaq. Lakin onun münasib qiymətə satışa çıxarılacağı gözlənilir. 

Pərviz

0