Elektrik avtomobili alanlara xəbərdarlıq: Bu üç marka ən pis seçildi

AVTO
16:49 / 11.11.2026
25

Elektrik avtomobillərinin populyarlığı artsa da, bütün istehsalçılar müştərilərin etimadını qazana bilmir. Aparılan araşdırma nəticəsində sahiblərinin ən çox narazı qaldığı üç elektromobil markası müəyyənləşib.

HİT.az xəbər verir ki, İspaniyanın “Motor EL PAÍS” nəşrinin yazdığına görə, elektromobillik sahəsində ixtisaslaşan Almaniyanın USCALE konsaltinq şirkəti 4004 elektrik avtomobili sürücüsünün təcrübəsini araşdırıb. Sorğunun nəticələri hansı markaların istifadəçilər tərəfindən daha çox tövsiyə edildiyini, hansılarının isə narazılıq yaratdığını üzə çıxarıb.

Araşdırmada ən yüksək məmnunluq göstəriciləri “Xpeng”, “Tesla”, “Skoda” və “Porsche” markalarına məxsus avtomobillərdə qeydə alınıb. Belə ki, “Xpeng” sahiblərinin 82 faizi bu markanı digər sürücülərə də tövsiyə etməyə hazır olduğunu bildirib. “Tesla”da isə bu göstərici 79 faiz təşkil edib.

Reytinqin əks tərəfində isə “MG”, “Fiat” və “Opel” qərarlaşıb. Tədqiqatın nəticələrinə əsasən, xüsusilə “Fiat” və “Opel” araşdırmaya daxil edilən markalar arasında mənfi rəylərin müsbət rəyləri üstələdiyi yeganə istehsalçılar olub.

Bu avtomobillərin sahibləri əsasən yürüş məsafəsindən narazılıq ediblər. Bundan başqa, rəqəmsal sistemlərin imkanları, salonun material və yığım keyfiyyəti, eləcə də avtomobillərin ümumi işləmə göstəriciləri tənqid olunub.

Samir

0