ABŞ-da ən populyar avtomobil... - SİYAHI

AVTO
10:00 / 17.06.2026
53

ABŞ-da ən populyar yeni avtomobillərin 2026-cı ilin əvvəlindən may ayına qədər olan satış reytinqinə “Ford F-Series” pikapı liderlik edir. 

HİT.az xəbər verir ki, bu barədə “Focus2Move” məlumat yayıb.

Avtomobilin satışları illik müqayisədə 15,1% azalsa da, model ABŞ bazarının 4,5%-ni tutaraq yenə də lider mövqedə qalır.

“Ford F-Series” — “Ford Motor Company” tərəfindən 1948-ci ildən istehsal olunan məşhur tamölçülü pikap seriyasıdır. Bu günə qədər şirkət 40 milyondan çox belə avtomobil istehsal edib.

İkinci yerdə “Chevrolet Silverado” qərarlaşıb. 1990-cı illərdən istehsal edilən bu model hazırda ABŞ bazarının 3,6%-nə sahibdir.

Qeyd edilir ki, müasir “Ford F-Series” və “Chevrolet Silverado” modelləri bazarın ən böyük seriya istehsalı avtomobilləri arasındadır. “F-Series”in bir çox versiyasının uzunluğu 5800 mm-dən çoxdur ki, bu da İkinci Dünya Müharibəsi dövrünün “M4 Sherman” orta tankının uzunluğuna yaxın göstəricidir.

Bununla belə, bu fakt təəccüblü sayılmır, çünki bu pikaplar konstruktiv baxımdan minik avtomobillərindən daha çox yük maşınlarına yaxındır. Eyni zamanda, hər iki model gündəlik istifadə üçün yüksək komfort təqdim edir.

ABŞ avtomobil bazarında ilk 10-luq belədir:

1. Ford F-Series (-15,1%)
2. Chevrolet Silverado (-1%)
3. Honda CR-V (+2,5%)
4. Ram Pickup (+16,7%)
5. Toyota Camry (+13,4%)
6. GMC Sierra (-3,9%)
7. Chevrolet Equinox (-4,7%)
8. Tesla Model Y (+3,5%)
9. Nissan Rogue (+30,3%)
10. Toyota RAV4 (-40%)

Samir
 

0