Azərbaycanda ən az istifadə olunan minik avtomobillərinin statistikası məlum olub. Siyahıda əsasən lüks və nadir markalar yer alır.
Modern.az-ın Dövlət Statistika Komitəsinə sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkədə cəmi 85 ədəd "Rolls-Royce" markalı minik avtomobili qeydiyyatdadır.
Statistikaya görə, ölkədə 223 "Maserati", 349 "Hummer" və 392 "Bentley" markalı avtomobil də qeydiyyata alınıb. Lüks avtomobillər sırasında 471 "Jaguar", 502 "Cadillac" və 446 "Mini" markalı avtomobil də var.
Rəsmi məlumatda ən az istifadə olunan digər markalar da yer alıb. Belə ki, Azərbaycanda cəmi 86 "Rover", 96 "Isuzu", 123 "Buick", 188 "Saturn", 216 "Daihatsu", 223 "Maserati", 274 "Alfa Romeo", 292 "Lincoln", 330 "Bogdan", 332 "Citroen", 349 "Hummer" və 353 GMC markalı minik avtomobili qeydiyyatdadır.
Ən nadir avtomobil markaları arasında "Rolls-Royce", "Rover", "Isuzu", "Buick" və "Saturn" ilk sıralarda yer alır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanda ümumilikdə 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub.


