Britaniyada ən yaxşı ailə elektromobili seçildi - TOP-10

AVTO
14:49 / 27.07.2026
45

Böyük Britaniyanın "What Car?" nəşri 2026-cı ildə yeni avtomobil kimi alınması tövsiyə edilən ən yaxşı 10 ailə elektromobilinin reytinqini açıqlayıb.

HİT.az xəbər verir ki, ekspertlərin fikrincə, siyahıya daxil edilən bütün modellər öz sinfində rəqiblərini geridə qoyur.

Elektrik avtomobilləri yüksək yanacaq qiymətləri fonunda ailələr üçün daha sərfəli alternativ hesab olunur və bazarda bu kateqoriyada seçim imkanları getdikcə artır.

Ən yaxşı 10 ailə elektromobili – 2026:

1. "Smart #5"
2. "Skoda Elroq"
3. "Citroën ë-C5 Aircross"
4. "Renault Scenic"
5. "Kia EV6"
6. "Skoda Enyaq"
7. "MG S6"
8. "Hyundai Ioniq 5"
9. "Peugeot e-5008"
10. "MG S5 EV"

Reytinqdə birinci yeri "Smart #5" tutub. Nəşr xatırladır ki, "Smart" markası uzun illər kiçik ölçülü avtomobilləri ilə tanınsa da, son illərdə daha iri modellər istehsal etməyə başlayıb.

Ekspertlərin sözlərinə görə, "Smart #5" markanın model xəttində ən böyük avtomobildir. "Pro" və "Pro+" baza versiyaları müvafiq olaraq 335 və 358 at gücünə malik bir elektrik mühərriki ilə təchiz edilir.

Nəşr xüsusilə 94 kVt/saat tutumlu batareyaya malik "Pro+" versiyasını tövsiyə edir. Bu modifikasiya bir enerji doldurulması ilə 590 kilometrə qədər məsafə qət edə bilir.

Ekspertlər "Smart #5"in komfortlu asqısını, yüksək səviyyəli səs izolyasiyasını, geniş salonunu və iri baqaj bölməsini modelin əsas üstünlükləri kimi qiymətləndiriblər.

Samir
 

0