400 min km-dən çox yol gedən avtomobillər - İki marka üstünlük təşkil edir

DÜNYA
22:34 / 17.09.2026
53

Bəzi avtomobillər yüksək yürüş göstəricilərinə baxmayaraq uzun illər istismar oluna bilir. ABŞ-ın iSeeCars analitik platformasının araşdırması 402 min kilometrdən çox məsafə qət etmə ehtimalı yüksək olan modelləri müəyyənləşdirib.

HİT.az xəbər verir ki, araşdırmada xüsusilə "Toyota" və "Lexus" modellərinin üstünlük təşkil etdiyi diqqət çəkir.

Siyahının ilk pilləsində "Toyota Sequoia" qərarlaşıb. Bu modelin 402 min kilometrdən çox yürüşə çatma ehtimalı 42,3 faiz olaraq hesablanıb.

İkinci sırada "Lexus LS" yer alıb. Bu avtomobillərin 38,8 faizinin qeyd olunan yürüş həddini keçə biləcəyi göstərilib. Üçüncü pillədə isə "Toyota 4Runner" qərarlaşıb – onun göstəricisi 33,1 faizdir.

İlk onluqda digər modellər də əsasən "Toyota" və "Lexus" markalarına aiddir. Siyahı belədir:

* Toyota Sequoia – 42,3%;
* Lexus LS – 38,8%;
* Toyota 4Runner – 33,1%;
* Lexus RX Hybrid – 28,9%;
* Toyota Tundra – 28,2%;
* Toyota Tacoma – 25%;
* Lexus GX – 23,3%;
* Toyota Avalon – 20,7%;
* Toyota Highlander Hybrid – 20,7%;
* Honda Accord Hybrid – 18,5%.

Araşdırmanın nəticələrinə görə, ABŞ avtomobil bazarındakı nəqliyyat vasitələrinin yalnız 5,4 faizinin 402 min kilometrdən çox məsafə qət etmək ehtimalı var.

Bununla belə, mütəxəssislər bu rəqəmlərin konkret avtomobil üçün zəmanət olmadığını vurğulayırlar. Avtomobilin uzunömürlülüyünə texniki qulluq, sürücünün idarəetmə tərzi və nəqliyyat vasitəsinin hansı şəraitdə istismar edilməsi də ciddi təsir göstərir.

Beləliklə, yüksək yürüşə çatmaq yalnız avtomobilin markası və modelindən deyil, onun düzgün və vaxtında texniki xidmət görməsindən də asılıdır.

Samir
 

0