ABŞ yollarında rast gəlinən sarı romb formalı, üzərində qum saatını xatırladan təsvir olan nişan sürücüləri çaşdıra bilər. Əslində isə bu simvol qarşıda yolun daraldığını bildirir.
HİT.az xəbər verir ki, “SlashGear” nəşri nişanın mənasını izah edib.
Məlumata görə, xəbərdarlıq nişanı əsasən qarşıda hərəkət hissəsinin kəskin daraldığı ərazilərdə quraşdırılır. Belə yerlərə eni əsas yoldan az olan körpülər də daxildir. Həmin körpülərdən eyni vaxtda yalnız bir avtomobilin keçməsi mümkün ola bilər.
Nişan həmçinin iki zolaqlı yolun qəfil daraldığı, hərəkət hissəsinin ən azı 60 santimetr azaldığı sahələrdə də yerləşdirilə bilər.
Belə ərazilərə yaxınlaşan sürücülər sürəti azaltmalı və qarşıdan gələn nəqliyyat vasitələrinə diqqət yetirməlidirlər. Nəşrin məlumatına əsasən, keçid zamanı üstünlük həmin sahəyə ilk çatan avtomobilə verilir.
Samir


