Pandemiyadan sonra aviauçuşlarda hansı dəyişikliklər olacaq? EKSPERT RƏYİ

İQTİSADİYYAT
01:42 / 10.05.2020
1119

Pandemiyadan sonra aviauçuş zamanı sərnişinlərin əlavə təhlükəsizliyini təmin etmək üçün yeni tədbirlər planı hazırlanacaq. Bu tədbirlər sırasında qoruyucu üz maskalarının taxılması bütün sərnişinlər üçün məcburi hal alacaq.

Bu haqda pandemiya sonrası hava uçuşlarını şərh edən sahə mütəxəssisləri bildiriblər.

Mütəxəssislər vurğulayıblar ki, artıq bir sıra iri aviaşirkətlər uçuş zamanı sərnişinlərdən qoruyucu maska taxmağı indidən xahiş edirlər: "Aviaşirkətlər sərnişinlərdən uçuş zamanı, təyyarənin enişi zamanı, hava limanında olan zaman belə qoruyucu maska taxmağın məcburi olması haqqında məlumat paylaşıblar. Həmin qoruyucu maskalar bütün sərnişinlərə ödənişsiz veriləcək".

0
Milli.az