Həftəlik reytinqlər bəllidir - SİYAHI

MARAQLI
11:00 / 16.06.2026
119

Türkiyədə ötən həftənin ən çox baxılan serialları bəlli olub.

Hit.az xəbər verir ki, 8-14 iyun tarixləri arasında “Total” kateqoriyasında ən yüksək reytinqi “Daha 17” serialı toplayıb.

Ümumilikdə “Kanal D” bir çox serialın mövsüm finalı etməsinə rəğmən, yenə də onluqda 3 serialla təmsil olunub. “TRT1” və “ATV” isə 2 serialla siyahıya daxil olub. “Star” və “Now TV” də 1 ekran işi ilə “TOP-10”-da yer alıblar. “Show TV” isə siyahıdan kənarda qalıb.

Beləliklə, həftəlik reytinqləri təqdim edirik:

1.    “Daha 17” - “Kanal D”
2.    “Güller ve Günahlar” – “Kanal D”
3.    “A.B.İ.” – “ATV”
4.    “Halef: Köklerin Çağrısı” – “Now TV”
5.    “Eşref Rüya” – “Kanal D”
6.    “Mehmed: Fetihler Sultanı” – “TRT1”
7.    “Cennetin Çocukları” – “TRT1”
8.    “Kuruluş Orhan” – “ATV”
9.    “Doğanın Kanunu” – “Star”.

Pərviz Şimşək

0