Problemli kreditlərin həcmi artır: NİYƏ?

İQTİSADİYYAT
13:30 / 16.06.2026
89

Ölkədə problemli kreditlərin həcmi artmaqda davam edir. 

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 28,7 faiz artaraq 619,6 milyon manat olub və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, ölkədə problemli kreditlərin sayının artması əsasən iqtisadi vəziyyətdə yaranan çətinliklərlə bağlıdır: 

401812

“Mövcud iqtisadi gərginlik nəticəsində insanların gəlirləri azalır, bizneslərin isə gəlir əldə etməsi daha da çətinləşir, bu da ümumi maliyyə balansını pozur. İş bazarında yaranan qeyri-sabitlik və xərclərin artması əhalinin ödəniş qabiliyyətinə birbaşa təsir göstərir. Belə şəraitdə kreditlərin vaxtında qaytarılmaması halları daha geniş yayılır və bu meylin davam edəcəyi istisna edilmir”.

Müsahibimiz bildirir ki, problemli kreditlərin çoxalması ciddi maliyyə riskləri yaradır: 

“Bu vəziyyət həm borc götürən vətəndaşlar, həm də bank sektoru üçün təhlükə mənbəyidir. Kreditlərin geri ödənilməməsi bankların likvidliyini zəiflədir və onların normal fəaliyyətinə mane olur”.

Günel Cəlilova

0