Dünyanın ən bahalı mənzili haradadır? - VİDEO

İQTİSADİYYAT
09:15 / 24.05.2023
646

Nyu-Yorkun (ABŞ) mərkəzində üçmərtəbəli penthaus Central Park Tower var. Bu, 250 milyon dollar dəyərində dünyanın ən bahalı şəxsi mənzilidir.

Sfera.az bildirir ki, bu dəbdəbəli mənzildə 7 yataq otağı, 8 vanna otağı və 1630 kvadratmetr daxili sahə var.

Youtube bloqçusu Enes Yılmazer dünyanın ən bahalı yaşayış sahəsinə baş çəkmə fürsəti əldə edib və öz bloqunda bu məkanı gəzib paylaşıb.

"Nyu-York şəhərindən 472 metr hündürlükdə ucalan, planetin ən hündür yaşayış qülləsi olan Central Park Tower-in 129-cu mərtəbəsindəki penthaus, həmçinin 133 kvadratmetrlik dünyanın ən hündür açıq terrasına malikdir. Lüks otaqları, şəxsi bal zalı, şüşə pərdə divarları, Bütün metropolisə baxan dairəvi panoramik pəncərələr və hündürlüyü 9 metr olan tavanlar - və bu otaqda olan təkcə bu deyil”- bloqqer deyir.
 
Bu mənzil hazırda dünyanın ən bahalı mənzili hesab olunur. Onun qiyməti 250 milyon dollardır.
 
Təəccüblü deyil ki, dünyanın ən hündür və ən dəbdəbəli penthausunun heyrətamiz mənzərələri var.
 
"Buradan siz bütün Mərkəzi Parkı görə bilərsiniz" deyə blogger əlavə edib.
 
Videonun müəllifi qeyd edir ki, otaqların tərtibatı həmişə yeni sahiblərin üstünlüklərinə uyğun olaraq dəyişdirilə bilir.

0