Elman Rüstəmovun bankı məhşur şirkəti məhkəməyə verib

İQTİSADİYYAT
18:45 / 24.05.2023
310

Qida və qeyriq-qida sektorunda aparıcı şirkətlərdən olan “Özerol Group” MMC məhkəməyə verilib. 

HİT.az xəbər verir ki, iddiaçı “Bank Respublika” ASC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. 

İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

“Özerol Group” MMC-nin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, şirkət 2019-cu ildə təsis edilib. MMC orqanik məhsulları istehsal edən Türkiyənin ilk və ən böyük “CityFarm” şirkətinin distribüteri kimi fəaliyyətə başlayıb. “Özerol Group” MMC-nin hazırda Azərbaycanda rəsmi distributor olduğu şirkətlər aşağıdakılardır: 

CityFarm 
Estuz 
Eyüp Sabri Tuncer 
Arılac 
Sleepy 
Macromax 

“Özerol Group” şirkətinin distributor olduğu məhsullar 5000-dən çox mağazada satılır. 

“Bank Respublika” ASC-yə gəlincə, bu bank mediada Mərkəzi Bankın keçmiş rəhbəri Elman Rüstəmovun bankı kimi təqdim edilir. Bankın Elman Rüstəmova məxsus olması barədə iddialar bu günə qədər təkzib olunmayıb. 

Anar

 

1