Nazirliyin 15 min manat cərimələdiyi şirkət məhkəməyə verildi

İQTİSADİYYAT
17:26 / 09.06.2023
307

“RS Construction” MMC və “Proqress İTM” MMC arasında müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı mübahisə yaranıb.

HİT.az xəbər verir ki, “Proqress İTM” MMC bu səbəbdən məhkəməyə müraciət edib.

İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın sədrliyi ilə baxılacaq.

2021-ci ildə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində ağacların quruması ilə bağlı quruma daxil olan şikayət araşdırılıb.

Sözügedən ünvana keçirilən baxış zamanı “RS Construction” MMC tərəfindən ərazidə tikinti işlərinin aparıldığı və tikintinin ətrafına çəkilmiş hasarın daxilində və kənarındakı bir neçə şam ağacının bioloji inkişafdan dayandığı məlum olub: “Ağacların qurumasının səbəbini müəyyən etmək məqsədilə qurumuş ağacların dibindən torpaq nümunəsi götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib”.

Xidmət rəsmisi onu da qeyd edib ki, bir müddət əvvəl “RS Construction” MMC-yə sözügedən ərazidən ağacları qanunsuz köçürdüyünə görə tərəfimizdən akt, protokol tərtib olunub, cərimələnməsi üçün toplanmış sənədlər Xətai rayon Məhkəməsinə göndərilib və şirkət 15 000 manat məbləğində cərimələnib.

Anar

0