Azərbaycanın hansı bölgəsini turizm zonasına çevirmək olar?

İQTİSADİYYAT
12:34 / 14.02.2024
305

"Azərbaycana daha çox futbol başda olmaqla, böyük idman yarışları və digər tədbirlər keçiriləndə turistlər gəlir". 

Bu sözləri Hit.az-a açıqlama verən turizm üzrə ekspert Rəhman Quliyev deyib. 

Ekspert qeyd edib ki, gələcəkdə Xankəndi, Şuşa, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər və digər işğaldan azad olunan ərazilərdə beynəlxalq tədbirlər keçirmək olar:

343772

"İdman yarışlarının Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur bölgəsində keçirilməsi bizə çox böyük avantaj yaradacaq. Azərbaycanda çoxlu gəzib görməli yerlər var. 

Təbiət qoynunda yerləşən şəhərlər, təmiz havası turist cəlb etmək üçün çox əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycana gələn turistləri Qarabağa istiqamətləndirə bilərik. Beləliklə, Qarabağı da dünyaya daha yaxşı tanıda bilərik". 

Ekspertin sözlərinə görə, Qarabağı turizm zonasına çevirmək olar:

"Qarabağda turizm kompleksləri tikilib istifadəyə verilə bilər. Bu da Azərbaycana gələn turistlərin sayını artırar. Füzuli, Laçın, Xocalı və Zəngilanda beynəlxalq hava limanlarının olması da Qarabağa turist axınını sürətləndirəcək. 

Məncə, yaxın onillikdə əvvəlki illərin turist statistikasının on qatını hədəfləməliyik. Hesab edirəm ki, bütün dünyaya Qarabağı turizm məkanı kimi tanıda bilərik". 

Pərviz

0