"Qayınana" filmində Cənnət xalanın evindəki mebel satışa çıxarılıb - QİYMƏT/FOTO

İQTİSADİYYAT
22:41 / 22.02.2024
314

“Qayınana” filmində Cənnət xalanın evindəki mebel satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi xəbərə görə, satışla bağlı elan saytlarının biri məlumat yayıb.

Belə ki, filmdə yer alan mebel 2500 manata təklif olunur. Məlumatda mebelin təmirə ehtiyacı olduğu bildirilib.

Qeyd edək ki, “Qayınana” filmi 1978-ci ildə çəkilib. Filmdə Cənnət xalanın yaşadığı ev kinostudiyanın ən böyük pavilyonlarından birində qurulub. Ümumilikdə, ekran əsərinin əksər epizodları kinostudiyanın pavilyonunda çəkilib. Filmin digər epizodları isə Nardaranda, İçərişəhərdə və dəniz sahilində lentə alınıb.

0