Ev qiymətinə satılan ətirlər - Onların nə fərqi var?

İQTİSADİYYAT
21:36 / 12.03.2024
246

Çox zaman ətirlərin üzərində yazılmış sözlərin mənasını anlamırıq. Tualet suyu anlayışı isə çoxlarına yaddır.

Bəs ətirlə tualet suyunun, bahalı ətirlə brend ətirin fərqi nədir?

Hit.az-ın sualını ətriyyat üzrə mütəxəssis Banu Mərd cavablandırıb:

“Bir neçə növ ətir var. “Eau Fraiche” parfümlərin tərkibində 3% faiz spirt olur. Qalan hər şey sudur. Ətir bir saatdan da az qalır.İnsana fərahlıq vermək üçündür.Türklərin kolonya deyib istifadə etdikləri ətirləri buna aid etmək olar. Tualet suyu anlayışını çoxu düzgün qavramır.Tualet dedikdə Fransız xanımlarının ziyafət geyimləri nəzərdə tutulur.

EDT , başqa sözlə Tualet suyu 15% yağ və spirtdən ibarət olan adi spreydir.Tərkibində parfüm az, spirt çoxdur. Tərkibində spirt çox olduğu üçün onu vuran şəxsin qoxusu ətrafa daha çox yayılır.Əsasən paltarların üzərinə vurulması tövsiyə olunur, ləkə saxlamır. Kişilər üçün hazırlanan parfümlərin çoxu EDT parfümlərdir.

EDP parfümlərin tərkibində isə parfüm tualet suyuna nisbətən çox olur. Bu parfümü libasa yox, dəriyə, xüsusən nəbzimizin  rahat hiss olunduğu nahiyələrə çəkməklə onun qoxusunu daha çox yaymış olacaqsınız".

Bəs çox baha qiymətə gördüyümüz ətirlərin özəlliyi nədir? Bəzilər bir maşın, ev qiymətinə satılır. Mütəxəssisin fikrincə, bu xüsusi brendlərin xüsusi insanlar üçün hazırladığı fərdi və ya NİCHE parfümlərdir:

“NİCHE parfüm anlayışı da var. Bunlar özəl kolleksiyalar üçün hazırlanır. Bu parfümlərin tərkibinin digərlərindən fərqli olmasa da, çox baha satılır. Parfüm konsentrasiyası 40 faiz təşkil edir. Bahalı olmasına səbəb onların bahalı qablaşdırılmasıdır. Yəni , bu parfümləri adətən qutularına görə alırlar. Belə parfümlərin şüşəsi çox zaman qızıl, brilliant qaşlarla bəzədilmiş ola bilir”.

Murad

0