Mərkəzi Bankın valyuta ehtiyatları cüzi artıb - İllər üzrə siyahı

23:58 / 01.04.2024
226

Bu ilin mart ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4,1 milyon dollar və ya 0,03% artaraq 11 milyard 654,4 milyon dollara yüksəlib. 

Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində valyuta ehtiyatları 2 milyard 521,4 milyon dollar və ya 27,6% artıb.

Qeyd edək ki, 2023-cü ilin mart ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard 133 milyon dollar həddində olub.

Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.

0