Qadın sahibkar Azərbaycanın ən böyük 4-cü ixracatçısı oldu - SİYAHI

İQTİSADİYYAT
19:04 / 05.04.2024
405

Bu ilin ilk 2 ayında Azərbaycanın ümumi ixracı 4,8 milyard dollar olub və bunun 455 milyon dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 196,3 milyon dollar və ya 30,1% azalıb.

2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon dollar) birinci, pambıq (33,5 milyon dollar) ikinci, pomidor (30 milyon dollar) üçüncü, xurma (26,4 milyon dollar) isə dördüncü olub.

Bu ilin ilk 2 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin və fərdi sahibkarların ilk onluğu isə aşağıdakı kimi olub.

“MKT İstehsalat Kommersiya” MMC –  19,2 milyon dollar
“My Fruit” MMC – 7,5 milyon dollar
“P-Aqro” MMC – 7,1 milyon dollar
Muradova Sahibə Səlimət qızı – 6,7 milyon dollar
“Soil Boons” – 5,2 milyon dollar
“STP Global Cable” MMC – 4,1 milyon dollar
“Technopack” MMC – 4,1 milyon dollar
“Ümüd 059” MMC – 4 milyon dollar
“Mors Trading” MMC – 4 milyon dollar
“Gözəl Təbiət” MMC – 3,9 milyon dollar

Qeyd edək ki, ötən ilin ilk 2 ayında qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən qeyri-dövlət subyektlərinin siyahısında yer alan fərdi sahibkar Şirinov Elvin Valeh oğlu bu il siyahıda yer almayıb.

İlk onluqda yer alan fiziki şəxs - Muradova Sahibə Səlimət qızı isə ilk dəfə ötən il məhsul ixrac etməyə başlayıb. Muradova Sahibə ilk dəfə məhsul ixrac etməsinə baxmayaraq ötən il 31,4 milyon dollarlıq, bu ilin ilk 2 ayında isə 6,7 milyon dollarlıq ixracla ilk onluğa düşə bilib.

0