Ölkəmizdə balıq qiymətləri bahalaşacaq?

İQTİSADİYYAT
10:32 / 08.04.2024
267

Son günlərdə Azərbaycanda balıq qiymətlərinin bahalaşacağı barədə proqnozlar verilir. 

Balıq satanlar da yerli balıqların azaldığı üçün müəyyən qədər bahalaşma ola biləcəyini deyirlər. 

Ümumiyyətlə, balıq qiymətlərinin bahalaşmasına səbəb edən amillər nələrdir? Balıq qiymətlərində bahalaşma gözlənilir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Elçin Rəşidov bildirib ki, Azərbaycanda balığa olan tələbat əsasən idxal hesabına qarşılanır:

347469

"Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan, İran və Baltikyanı ölkələrdən balıq və balıq məhsulları idxal edir. Ölkəmizin balığa olan tələbatının təxminən 80 faizindən çoxu idxal hesabına qarşılanır. 

Ümumiyyətlə, balıq rahat idxal olunduğu üçün ölkə daxilində istehsalın azalması və ya artması onun qiymətinə demək olar ki, təsir etmir. Yəni təlabatın əsasını idxal qarşıladığına görə ümumi qiymətlər sabit qalır". 

Ekspert qeyd edib ki, bəzi balıq növlərinin qiymətində cüzi artım ola bilər:

"Bəzi idxal olunan balıqlar var ki, onların qiymətində cüzi dəyişikliklər ola bilər. Hansı ki, onların da öz alıcıları var. Həmin balıqların qiymətində çox az dəyişiklik ola bilər. Çünki digər balıqlar da həmin balıqların qismən əvəzediciləridir. Ona görə də adətən qiymətlərdə böyük dəyişiklik olmur. 

Ümumiyyətlə, balığın qiymətinə təsir edəcək əsas amil monopoliyaların bazara müdaxiləsidir. Həmçinin, xarici bazarlarda balığın qiymətlərinin dəyişməsi nəticəsi də ölkəmizə təsir edə bilir. Hazırda isə xarici bazarlarda balıq qiymətlərində dəyişiklik müşahidə olunmur. Ona görə də hazırda ölkəmizdə də balıq qiymətləri stabil qalır".

Pərviz

 

0