Azərbaycan dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri - VİDEO

11:57 / 14.04.2024
360

Azərbaycanın valyuta ehtiyatları xarici borcundan bir neçə dəfə yüksəkdir.

Artıq Beynəlxalq Valyuta Fondu hesabatında Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edib.

Bir çox ölkədə qeyri-sabitlik, devalvasiya, yüksək inflyasiya baş alıb getdiyi bir vaxtda ölkəmizdəki siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti Azərbaycanı xarici investorlar üçün etibarlı ölkəyə çevirib. Əlbəttə alıcılıq qabiliyyəti də önəmli faktordur.

İqtisadçı Elşad Məmmədli deyir ki, bir tərəfdən ictimai-siyasi spektrda həyata keçirilən tədbirlər faktiki olaraq ölkəmizin bir sabitlik adasına çevrilməsiə şərait yaratdı ki, bu da investisiyalrın cəlbi nöqteyi nəzərdən olduqca önəmlidir. Digər tərəfdən sosial-iqtisadi bloka nəzər yetirdikdə biz görürük ki, son illər ərzində, xüsusilə son 6 il ərzində sosial sahədə aparılan islahatlar nəinki əhalinin geniş kateqoriyalarının sosial rifanının yüksəldilməsinə, həm də daxili bazarın stimullaşdırılmasına, daxili bazara təkana nail olmaq üçün bizə yeni imkanlar açdı.

Bu, önəmli şərtdir. Çünki xarici investor ölkəyə sərmayə qoyanda, onu ilk növbədə düşündürəm məqamlardan biri zəmanət məsələsidir. ölkənin maliyyə vəziyyətidir.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə isə həm Azərbaycanın nüfuzuna, gücünə inam, həm də ölkəyə investisiya cəlbi imkanları artıb. İndi Azərbaycan Qarabağ və Zəngəzura xarici investorların cəlbi istiqamətində fəal iş aparır. Və bu məqamda BVF-nin Azərbaycanı 7 ən cəlbedici ölkədən biri elan etməsi xarici investorların ölkəyə daha inamlı gəlişinə şərait yaradacaq. Ölkəyə birbaşa investisiya qoyuluşu isə rəqabətliliyi daha da artıracaq, beynəlxalq bilik və texnologiyalar gətirəcək, onların marketinq siyasətini öyrənəcəyik, ixrac potensialımız da artacaq.

0